Ru
10:00 / 11 Dekabr 2025

Ukrayna ordusu daha bir rus tankerini vurdu – VİDEO

Ukrayna ordusu daha bir rus tankerini vurdu – VİDEO
Eye

Ukrayna Silahlı Qüvvələrinə məxsus üç dəniz dronu Qara dənizin Feodosiya sahillərinin cənubunda Rusiya “kölgə donanması”na aid “Dashan” tankerinə hücum edib. Məlumata görə, gəmi həmin rayonda bir neçə saatdır hərəkətsiz qalıb.

Səhər saatlarında Qara dənizin akvatoriyasında “Sea Baby” adlı dronların hədəf aldığı Komor adaları bayrağı altında üzən “Dashan” (əvvəlki adı – “Eurochampion” olan gəmi Qambiya bayrağı altında üzürmüş) tankeri hücum nəticəsində kritik dərəcədə zədələnib.

Bakupost.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinə yaxın “Ribar” Telegram kanalı məlumat yayıb. Bildirilir ki, gəmi üç pilotsuz sürətli katerin hücumuna məruz qalıb. Mövcud məlumatlara əsasən, tanker Rusiyanın neft məhsullarının daşınması ilə əlaqəli “kölgə donanması”nın tərkibində olduğuna görə sanksiya siyahısına salınıb.

“Starboard” xidmətinin məlumatlarına görə, “Dashan” tankeri xəritədə eyni nöqtədə – Feodosiyadan təxminən 85 dəniz mili məsafədə – hərəkətsiz vəziyyətdə qalıb. “Starboard” yazır ki, gəmi tez-tez Hindistan limanlarına (Sikka) daxil olur və özəl “Reliance Industries Ltd” şirkəti, eləcə də dövlət şirkəti “Bharat Petroleum Corp. Ltd” tərəfindən istifadə olunur.

“Rıbar”ın məlumatına görə, pilotsuz katerlər qrupu gecə saatlarında Odessa vilayətindən dənizə çıxıb və Krım yarımadasını dolanaraq Qara dənizin şərq hissəsinə doğru hərəkət edib.



Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar