Ru
16:18 / 09 Sentyabr 2025

Ukrayna Rusiyanın əsas neft kəmərini partlatdı – FOTO

Ukrayna Rusiyanın əsas neft kəmərini partlatdı – FOTO
Eye

Sentyabrın 8-nə keçən gecə Rusiyanın Saratovda yerləşən əsas neft kəməri “Kuybışev-Lisiçansk” partladılıb.

Bakupost.az xəbər verir ki, bu barədə “UNİAN”a Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsindən məlumat verilib.

Bildirilib ki, illik ötürmə gücü 82 milyon ton olan bu kəmər Rusiya ordusunu yanacaqla təmin edirdi. Bu, sutka ərzində sıradan çıxarılan üçüncü Rusiya neft-qaz infrastrukturu obyektidir.

Mənbə qeyd edib ki, yerli hakimiyyət orqanları baş verənləri “planlı təlimlər” kimi təqdim edir.

Aysel,
BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar