Ukraynanın “Freedom” telekanalının jurnalistləri Kramatorskda Rusiyanın “Lanset” pilotsuz təyyarəsinin zərbəsi nəticəsində həlak olublar.
Bakupost.az axar.az-a xəbər verir ki, bu barədə Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin bildirib.
Telekanal hərbi müxbir 43 yaşlı Alena Qramova (Qubanova) və 33 yaşlı operator Yevgeni Karmazinin ölümünü təsdiqləyib.
Xəsarət alan xüsusi müxbir Aleksandr Kolıçev xəstəxanaya yerləşdirilib.
Hadisə zamanı jurnalistlər yanacaqdoldurma məntəqəsində avtomobildə olublar.