Ru
18:17 / 23 Oktyabr 2025

BDYPİ sürücülərə səsləndi: Bu maşınlar partlamağa hazır olan bomba kimidir...

BDYPİ sürücülərə səsləndi: Bu maşınlar partlamağa hazır olan bomba kimidir...
Eye

Qaz avadanlığı ilə təchiz olunmuş avtomobillər ciddi təhlükə mənbəyidir.

Bakupost.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) müraciətində bildirilib.

Müraciətdə qeyd olunub ki, benzinlə işləyən avtomobillərə əlavə qaz avadanlığının quraşdırılması yol hərəkəti təhlükəsizliyi baxımından ciddi risk yaradır:

"Qanunvericiliyə əsasən, bu avadanlıqlar yalnız yol hərəkətinin təhlükəsizliyi üzrə müvafiq elmi-tədqiqat institutunun rəyi əsasında və ixtisaslaşmış servislərdə quraşdırıla bilər. Lakin aparılmış təhlillər və son hadisələr göstərir ki, istismar dövründə qaz avadanlıqlarına lazımi texniki qulluq göstərilməməsi, mütəmadi texniki baxışdan keçirilməməsi, həmçinin köhnə və texniki cəhətdən yararsız avtomobillərdə bu sistemlərin istifadəsi çox zaman ağır fəsadlara səbəb olur".

Vurğulanıb ki, Ələt qəsəbəsində baş vermiş hadisə bir daha onu deməyə əsas verir ki, belə nəqliyyat vasitələri hər an partlamağa hazır olan bir "bomba" kimidir:

"Belə hallarda təhlükə təkcə sürücünün deyil, həm də digər hərəkət iştirakçılarının – yoldakı hər bir insanın həyatını riskə atır. BDYPİ hər kəsi diqqətli olmağa, təhlükəsizliyi riskə atmamağa və avtomobillərdə qaz avadanlığının quraşdırılmasından çəkinməyə çağırır. Bu, təkcə avtomobilin deyil, həyatın qorunması məsələsidir".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar