Ru
20:56 / 23 Oktyabr 2025

Ermənistanda həbs dalğası: Daha bir şəhər meri həbs edildi

Ermənistanda həbs dalğası: Daha bir şəhər meri həbs edildi
Eye

Ermənistanın Masis şəhərinin meri və Baş nazirliyə keçmiş namizəd Davit Ambartsumyan 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə vəkil Tiqran Atanesyan sosial şəbəkə hesabında paylaşım edib.

Onun sözlərinə görə, məhkəmə Ambartsumyan barəsində həbs qətimkan tədbiri seçib.

Xatırladaq ki, 2018-ci il aprelin 22-də Erebuni rayonunda keçirilən etiraz aksiyası zamanı bir qrup şəxs aksiyanın iştirakçılarına hücum etmişdi. Hadisə ilə bağlı Davit Ambartsumyan, merin müavini Karen Ohanyan və bir neçə Masis sakini saxlanılmışdı. Daha sonra sabiq merin silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülmüşdü.

Onu da bildirək ki, bundan bir neçə gün öncə Gümrü şəhərinin meri Vardan Qukasyan və şəhərin baş memarı Henrix Qasparyan korrupsiya ittihamları ilə bağlı həbs edilmişdi.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar