Ru
22:54 / 23 Oktyabr 2025

Süni intellekt insanları işsiz qoyacaq - Mask

Süni intellekt insanları işsiz qoyacaq - Mask
Eye

Amerikalı milyarder və sahibkar İlon Mask bildirib ki, yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacaq və insanlar artıq işləməyə ehtiyac duymayacaqlar.

Bakupoat.az xəbər verir ki, o bu fikirləri “Amazon” şirkətinin 600 min əməkdaşının robotlarla əvəzlənməsi barədə yayılan xəbərlərə münasibət bildirərkən səsləndirib.

O, investor Ceyson Kalakanisin sosial şəbəkədəki paylaşımına cavab olaraq qeyd edib ki, süni intellekt və robotlar insanların bütün iş yerlərini əllərindən alacaq:

“İşləmək artıq məcburi olmayacaq”.

Onun fikrincə, gələcəkdə robotlar sayəsində insanlar istədikləri hər bir fəaliyyətlə məşğul ola biləcəklər:

“Məsələn, tərəvəzləri mağazadan almaq əvəzinə, özləri yetişdirə biləcəklər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar