Fələstinin FƏTH və HƏMAS hərəkatlarının nümayəndə heyətləri Qahirədə danışıqlar aparır.
Bakupost.az xəbər verir ki, tərəflər anklavın müharibədən sonrakı strukturunu müzakirə edirlər.
HƏMAS nümayəndə heyətinə hərəkatın Qəzza zolağındakı lideri Xəlil əl-Heyya, FƏTH-ə isə Fələstin Milli Administrasiyasının (PNA) vitse-prezidenti rəhbərlik edir.
Oktyabrın 13-də ABŞ Prezidenti Donald Tramp Qəzza zolağında münaqişənin bitdiyini bəyan edib. Lakin daha sonra o, Fələstinin radikal HƏMAS hərəkatı tərksilah etməkdən imtina edərsə, İsrailin Qəzza zolağında əməliyyatları bərpa edəcəyini bildirib.