Ru
23:17 / 23 Oktyabr 2025

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başladı

Pakistan İran yönümlü qruplaşmaya qarşı əməliyyata başladı
Eye

Sind Terrorla Mübarizə İdarəsi (CTD) Pakistanın ən böyük şəhəri Kəraçidə İran yönümlü Liva Zeynəbiyun qruplaşmasına qarşı əməliyyata başladığını elan edib.

Bakupost.az "Azad İran" Telegram kanalına istinadla xəbər verir ki, əməliyyat zamanı qrupun iki fəal üzvü saxlanılıb.

Şübhəlilərdən tapança və əl qumbarası götürülüb. Məlumata görə, saxlanılanlar 2025-ci ilin mayında Kəraçidə törədilmiş dini motivli qətllərdə iştirak etdiklərini etiraf ediblər.

Onlar həm də qonşu ölkədən maliyyə və təşkilati dəstək alan, şəhərdə terror aktları planlaşdıran qrupun tərkibində olublar.

Hüquq-mühafizə orqanlarının mənbələri bildirirlər ki, Kəraçidəki İrana bağlı proksi qüvvələr son aylarda bir sıra sui-qəsdlərdə, o cümlədən əvvəllər İsrailə səfər etmiş sünni icma liderlərinin və jurnalist İmtiaz Mirin öldürülməsində iştirak etmiş ola bilərlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar