5 illik həbs cəzasına məhkum edilmiş Fransanın keçmiş prezidenti Nikolya Sarkozi həbsxanada ölümlə hədələnib.
Bakupost.az xəbər verir ki, Sarkozi Parisdəki La Sante həbsxanasına gəlişi zamanı məhbuslar tərəfindən təhdid olunub.
“Reuters”in məlumatına görə, dünən Paris prokurorluğu yayılmış video görüntülər barədə məlumatlandırılıb. İstintaq çərçivəsində 3 məhkum dindirilib, həbsxanada aparılan axtarış zamanı iki mobil telefon götürülüb.
2007-2012-ci illərdə Fransaya rəhbərlik etmiş Sarkozi Liviyada seçki kampaniyası üçün vəsait toplamaqda təqsirli bilinərək çərşənbə axşamı həbs edilib.