Politoloq Turab Rzayev PA-nın sabiq rəhbəri, hazırda barəsində cinayət işi açılan və dövlətə xəyanət, hakimiyyətin zorla ələ keçirilməsi ittihamları ilə üzləşən Ramiz Mehdiyevlə bağlı tarixi foto paylaşıb.
Bakupost.az xəbər verir ki, politoloq fotonu bu sözlərlə təqdim edib:
“Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideoloji məsələlər üzrə katibi Ramiz Mehdiyev Bakıdan Gəncə (o vaxt şəhərin adını dəyişib, “Kirovabad” etmişdilər) şəhərinə - Texnologiya İnstitutuna gəlib. İnstitutun kafedra müdiri Fəzail Ağamalıyev təşkil etdiyi marksizm-leninizim üzrə ictimai elmlər kabinetinin işi ilə Ramiz Mehdiyevi tanış edir.
Cəmi bir neçə il sonra Fəzail Ağamalı Azadlıq meydanında azadlıq mübarizəsinə rəhbərlik edən Əbülfəz Elçibəyin yanında duraraq milyonlarla insanın qarşısında çıxış edəcək və Leninin qurduğu dövləti “imperiya” adlandıracaq.
Ramiz Mehdiyev isə Azərbaycan Respublikasında Prezident Administrasiyasının rəhbəri olacaq və müstəqillik qazanmış ölkənin 25 il "ikinci şəxsi" sayılacaqdı”.
Asena,
BakuPost