Ru
20:39 / 23 Oktyabr 2025

Çin Rusiya neftindən İMTİNA ETDİ

Çin Rusiya neftindən İMTİNA ETDİ
Eye

ABŞ sanksiyalarından sonra Çin şirkətləri Rusiya neftinin alınmasını dayandırıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

Agentliyin məlumatında bildirilir ki, Çin dövlət neft şirkətləri - "PetroChina", "Sinopec", CNOOC və "Zhenhua Oil" Vaşinqtonun “Rosneft” və “Lukoil”a qarşı sanksiyalar tətbiq etməsindən sonra Rusiya neftinin alışını müvəqqəti olaraq dayandırıblar.

Qeyd olunur ki, bu, Rusiyanın dəniz yolu ilə Çinə neft ixracının üçdə birinə təsir edəcək.

"Vortexa" və "Energy Aspects"in hesablamalarına görə, dövlət şirkətləri Rusiyadan gündə 250-500 min barel arasında neft alırlar. Ümumilikdə tankerlər Çinə gündə 1,4 milyon barel Rusiya nefti ixrac edir. Bununla belə, bu təchizatın əsas hissəsi müstəqil özəl neft emalı zavodlarına gedir.

Bundan əvvəl Hindistanın ən böyük neft emalı zavodlarının Rusiyadan neft almaqdan imtina etdiyi bildirilirdi. "Bloomberg" mənbələri bildiriblər ki, sanksiyalara görə onlar Rusiyaya idxalı faktiki olaraq sıfıra endirməyi planlaşdırırlar.

Kremlin ən böyük Hindistan müştərisi olan "Reliance Industries" alışlarını kəskin şəkildə azaldacaq və ya tamamilə dayandıracaq. "Indian Oil Corp", "Bharat Petroleum Corp", "Hindustan Petroleum Corp" və "Mangalore" neft emalı zavodu da müqavilələrini nəzərdən keçirir.

"Reuters" mənbələrinin məlumatına görə, Hindistan və Çin neftayırma zavodları Rusiya barellərini Yaxın Şərq, Afrika və Latın Amerikasından gələn tədarüklərlə əvəz etmək niyyətindədirlər.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar