Ru
18:37 / 23 Oktyabr 2025

Beynəlxalq axtarışa verilmiş azərbaycanlı İrandan ekstradisiya ediləcək

Beynəlxalq axtarışa verilmiş azərbaycanlı İrandan ekstradisiya ediləcək
Eye

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında təslim etmə haqqında” 21 fevral 1998-ci il tarixli Müqavilənin tələblərinə uyğun olaraq Azərbaycan Respublikası vətəndaşı Hüseynov Ülvi Rafik oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti İran İslam Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.


Bu barədə Bakupost.az-a Baş Prokurorluqdan məlumat verilib.

Ülvi Hüseynovun oğurluq cinayət əməli törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib.

Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədilə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən zəruri tədbirlər görülür.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar