Ru
14:12 / 15 Yanvar 2026

Ünvanlı sosial yardımlar artacaq - Rəsmi

Ünvanlı sosial yardımlar  artacaq - Rəsmi
Eye

2026-cı ildə ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur.


Bakupost.az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Zəka Mirzəyev açıqlama verib.

Onun sözlərinə görə, ötən il dövlət büdcəsi hesabına 420 milyon manat məbləğində unvanlı sosial yardım ödənilib.

"Bu da 76 min ailəni əhatə edib. Növbəti il üçün dövlət büdcəsindən ünvanlı sosial yardımlar üçün 467 milyon manat vəsait ayrılıb. Bu, ötən illə müqayisədə 40 milyon manatdan artıq vəsait deməkdir. Yəni, 2026-cı ildə ödənilən ünvanlı sosial yardımların artırılması nəzərdə tutulur", deyə Zəka Mirzəyev bildirib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar