Ru
17:06 / 01 İyun 2026

Uşaq əməyinə qarşı mübarizə: Azərbaycanda vəziyyət necədir?

Uşaq əməyinə qarşı mübarizə: Azərbaycanda vəziyyət necədir?
Eye

“Uşaq haradadır, məktəbdə yoxsa əmək bazarında? Bu sual bir ölkənin inkişaf səviyyəsini ölçməyin ən sadə və ən dəqiq yollarından biridir”.

Bakupost.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov bildirib.

Onun sözlərinə görə, dünyada 138 milyon uşaq əmək fəaliyyətinə cəlb olunur:

“Bir sıra Afrika və Asiya ölkələrində bu göstərici 20-30 faizə çatdığı halda, inkişaf etmiş Avropa ölkələrində 1 faizdən də aşağıdır. Uşaq əməyinin istismarı üzrə orta göstərici isə 8 faizdir.

UNICEF-in məlumat bazasında Azərbaycan üzrə son mövcud beynəlxalq qiymətləndirmədə isə göstəricinin qlobal orta səviyyədən xeyli aşağı olduğu qeyd edilir.

Müşahidələr də göstərir ki, son illərdə Azərbaycanda uşaq əməyinin istismarı halları əhəmiyyətli dərəcədə azalıb. Əmək münasibətlərinin rəsmiləşdirilməsi, nəzarətin və şəffaflığın güclənməsi bu prosesə müsbət təsir göstərib.

Arzu edərdim ki, bu göstərici gələcəkdə daha da azalsın. Çünki uşağın yeri əmək bazarında deyil, təhsil müəssisəsində, ailəsinin yanında və arzularının arxasınca getdiyi yoldadır.

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə bütün balaları ürəkdən təbrik edirəm”.

Yasəmən, BakuPost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar