Ru
17:46 / 12 Dekabr 2025

Uşaqlar hədəfdə: sosial şəbəkələrdə gizli müharibə - VİDEO

Uşaqlar hədəfdə: sosial şəbəkələrdə gizli müharibə - VİDEO
Eye

"Bakupost" TV-də aparıcı-jurnalist Şəbnəm Turanın təqdimatı ilə yayımlanan "Yaxın plan" verilişində sosial şəbəkələrin övladlarımıza yaratdığı real təhlükələrdən və bu vasitələrin verdiyi üstünlüklərdən bəhs edilib.

Psixoloq-pedaqoq Hüseyn Həsənov və "Hədəf" Liseyinin icraçı direktoru, pedadoq Nizami Hüseynov bildiriblər ki, sosial şəbəkələrin görünməyən tərəfində müharibə gedir. Ən böyük hədəf isə bizim uşaqlardır.

Verilişdə "Alqoritmlər uşaqların düşüncəsinə necə hakim olur?","Qərb uşaqları sərt qanunlarla müdafiə edir - bəs biz nəyi gözləyirik?" kimi suallara aydınlıq gətirilib Hüseyn Həsənov bildirib ki, əslində sosial şəbəkələr əyləncə yeri deyil - qlobal informasiya müharibəsinin mərkəzidir. Bu platformaları yaradan insanların özlərinin belə övladlarına yaratdıqları sistemdən uzaq tutmağa çalışırlar.

Nizami Hüseynov isə vurğulayıb ki, sosial şəbəkələr uşaqların təxəyyülünü və davranışını təsadüfi şəkildə formalaşdırmır. Algoritm deyilən sistem uşaqların qarşısına onların zəif nöqtələrini tapan, diggətlərini uzun müddət saxlayan və düşüncələrini yönləndirən məzmun çıxarır.

Ekspertlər hesab edir ki, Qərb ölkələrində tətbiq edilən sərt qadağalar Azərbaycanda da tətbiq edilməlidir.

Ətraflı videoda..



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar