Ru
17:05 / 08 İyul 2022

Vahid Əhmədov bölgələrlə bağlı vacib problemi qabartdı - Hamısı özəlləşdirilib

Vahid Əhmədov bölgələrlə bağlı vacib problemi qabartdı - Hamısı özəlləşdirilib
Eye

“Kəndli məhsulunu bazara çıxarıb sata bilmir. Çünki müəyyən oliqarxlar bu sahəyə rəhbərlik edirlər”.


Bu sözləri millət vəkili Vahid Əhmədov Bakupost.az -a açıqlamasında deyib.


Deputat həll yolu üçün müəyyən təkliflər irəli sürüb:


“Çıxış yolu kimi Rəqabət Məcəlləsinin qəbul olunması üzərində iş gedir. Bununla da inhisarçılıq birdən-birə ləğv olunmasa da, tədricən azala bilər. Bu həm qiymətlərə təsir edəcək, həm də inhisarçıları bazarlardan uzaqlaşdıracaq. Bazar daxilində haqsız rəqabət olduqca bu cür hallar baş verəcək”.


V.Əhmədov bölgələrdə emal prosesinin zəif olduğuna toxunub:


“Regionlarda məhsulun istehsalı, satışı, emalı prosesi əsas problemlərdəndir. Şimal zonasında bir konserv yeri qalıb. Əvvəl 3-4 ədəd idi. Hamısını özəlləşdirib başqa adla istifadə edirlər. Ona görə də bölgələrdə emal müəssisələrinin tikilməsinə çox böyük ehtiyac var. İnsanlar məhsulunu ora verib vəsaitlərini alırlar. Bu yaxınlarda Quba-Xaçmaz zonasında kiçik emal müəssisələrinin tikilməsi üçün təkliflər irəli sürdüm. Həmin emal müəssisələri məhsulları qəbul edib istehsal edir. Bu emal müəssiələrinin tikilməsi vacibdir. Çünki Azərbaycanda bu cür müəssisələr kifayət qədər deyil”.


Fəridə
Baku Post

Şərhlər
  • Vahid müəllimə

    Bu yazıdan belə məlum olur ki,ölkə özbaşına buraxılıb,Ğlkədə oıiqarxlar özbaşınalıq edir.Nə polis,nə vergi,nə NazirıBlər Kabinəsi nə Prezident aparatı ölkə idarəçiliyində iştirakı var.Hər şey ayrı-ayrı şəxslərin istəyi üzrə və istədikləri,sərf edən kimi davam edir.Bir sözlə anarxiya hökm sürür.Bəs idarəçilik?

  • Natiq Rəsulov

    Nə olsun? kİmdir fikir verən.Hamısı rüşvətini yığır.

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar