Son illərdə məktəblərdə valideyn komitələrinin fəaliyyəti cəmiyyətdə ən çox müzakirə olunan mövzulardan birinə çevrilib.
Bakupost.az xəbər verir ki, əslində bu qurumların məqsədi müəllim, valideyn və şagird arasında qarşılıqlı əlaqəni gücləndirmək, məktəbin sosial və təşkilati işlərinə dəstək göstərməkdir. Lakin praktikada vəziyyət fərqlidir — bəzi hallarda valideyn komitələri öz səlahiyyətlərini aşaraq, məktəbin idarəçiliyinə müdaxilə edən, maliyyə toplanışlarını tənzimləyən və qeyri-rəsmi qərarlar verən struktura çevrilir.
Valideynlərdən toplanan vəsaitlərin şəffaf şəkildə idarə olunmaması, bəzi komitə üzvlərinin müəllim və şagirdlər üzərində “nəzarətçi” funksiyasını icra etməsi isə ictimai narazılığı artırır.
Bütün bunlar belə bir sual doğurur: valideyn komitələri qanuni əsasla fəaliyyət göstərirmi, yoxsa bu qurumlar məktəblərdə rəsmi təsdiqi olmayan “kiçik idarə”lərə çevrilib?
Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Bakupost TV-yə danışıb: