Ru
18:27 / 20 Yanvar 2026

Vaqif Allahverdiyevə hökm oxundu

Vaqif Allahverdiyevə hökm oxundu
Eye

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən, ABŞ-da yaşayan Vaqif Allahverdiyevin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.


Bakupost.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.

Hökmə əsasən, Vaqif Allahverdiyev 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Vaqif Alllahverdiyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 23 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Sentyabrın 18-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Vaqif Allahverdiyevin barəsində Cinayət Məcəlləsinin 220.2 və 281.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.

Qeyd olunub ki, o, ABŞ-ın Kaliforniya statında yaşadığı dövrdə ad, soyadını Viktor Aleksandr kimi dəyişib. 2017-ci ilin mart-may aylarında ayrı-ayrı 5 video müraciət hazırlayıb. O, həmin videolarda Azərbaycan vətəndaşlarına müraciət edib, ictimai əmin-amanlığın və dincliyin, təhlükəsizliyin pozulmasına səbəb olan, hakimiyyət orqanlarının fəaliyyətini iflic vəziyyətə salmağa,
Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi yolu ilə çıxmağı təşviq edən açıq çağırışlar edib.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar