Venesuela xarici işlər naziri İvan Gil Pinto ABŞ-dən keçmiş prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Floresin dərhal azad olunmasını tələb edib.
Bakupost.az xəbər verir ki, o, bu açıqlama ilə BMT-nin İnsan Hüquqları Şurasının Cenevrədə keçirilən iclasında çıxış edib.
Gil Pintonun sözlərinə görə, ABŞ-nin 3 yanvar gecəsi Karakasda keçirdiyi əməliyyat zorakılıq aktıdır: "Venesuela Vaşinqtonla fikir ayrılıqlarını qorxu yolu ilə deyil, sivil yollarla aradan qaldırmaq üçün dövlətlərin bərabərliyinə və dialoqa əsaslanan beynəlxalq əməkdaşlığa israr edir. Venesuelada milli barışın əldə olunması üçün addımlar atılır. Xeyli sayda siyasi məhbus azad edilib. Bu proses davam edir".