Ru
08:40 / 28 Noyabr 2025

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"
Eye

Aparıcı Mətanət Əliverdiyeva "Xəzər axşamı" verilişində gənc ifaçılara səslənib.

Bakupost.az Axşam.az-a istinadla xəbər verir ki, aparıcı proqramına mühafizəçilərlə gələn ifaçılardan narazılığını dilə gətirib:

"Əziz gənc ifaçılarımız, sizi çox sevirik, amma qollarınız "qarpızlanmasın". Verilişimə qonaq gələndə özünüzlə 10 mühafizəçi gətirirsiniz. Xalq artisti Niyaməddin Musayev isə özü gedib-gəlir. Allah onu mühafizə edir. İnsanlar onu bur cür sevir. Sizin belə gedib-gəlməyinizlə nə olur ki? Verilişlərə, konsertlərə elə gedirlər. Niyaməddin müəllim konsert verib, amma bir təhlükəsizlik əməkdaşı görmədim ki, kimisə itələsin. Hamımız iç-içəyik, insanıq".

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar