Ru
13:45 / 06 Oktyabr 2025

Viktor Orban Azərbaycana gəldi - YENİLƏNİB

Viktor Orban Azərbaycana gəldi - YENİLƏNİB
Eye

Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 6-da Azərbaycana səfərə gəlib.

Bakupost.az xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Macarıstanın Baş naziri Viktor Orbanı hava limanında Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər qarşılayıblar.

***

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana səfər edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Baş nazirin mətbuat xidməti məlumat yayıb.

"Macarıstanın Baş naziri Viktor Orban oktyabrın 6-7-də Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının 12-ci sammitində iştirak edəcək. Səfər zamanı Macarıstan Baş naziri, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevlə ikitərəfli danışıqlar keçirəcək", - məlumatda bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar