Ru
19:13 / 21 Yanvar 2021

Sumqayıtın polis rəisi işdən çıxarıldı - YENİ VƏZİFƏ

12289
Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

"BakuPost" xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Nəriman İmanov tutduğu vəzifədən azad olunub. Nazirin digər əmri ilə o, Nəqliyyatda Baş Polis İdarəsinin rəis müavini təyin edilib.

Sumqayıt şəhər Polis İdarəsinin rəisi vəzifəsinə yeni təyinat yoxdur.

Qeyd edək ki, Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə ötən ilin noyabr ayında polis general-mayoru Mirqafar Seyidov təyin olunmuşdu. Bundan sonra Nəriman İmanov onun birinci müavini kimi çalışacaq.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər