Ru
09:56 / 24 Dekabr 2025

Vitrində bir, kassada isə fərqli qiymət - “Bravo” yenə cərimələndi

Vitrində bir, kassada isə fərqli qiymət - “Bravo” yenə cərimələndi
Eye

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Bravo” supermarketlər şəbəkəsini növbəti dəfə cərimələdib.

Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, İnzibati Xətalar Məcəlləsinin tələblərini pozan şirkət barədə protokol tərtib edilib.

Protokolda qeyd olunur ki, “Bravo” marketdə “Rucker Gauda” pendirinin 1 kq-nın qiymətinin 19.49 manat göstərilməsinə baxmayaraq, kassada 22.99 manata satılıb.

İXM-nin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən “Bravo” 4 min manat cərimə olunub.

Qeyd edək ki, “Bravo”da daha öncə də oxşar nöqsanlar olduğu üçün dəfələrlə cəriməyə məruz qalıb.



Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar