Ru
23:06 / 02 Sentyabr 2025

Vuçiç Putinlə görüşdə Azərbaycan təbii qazından danışdı

Vuçiç Putinlə görüşdə Azərbaycan təbii qazından danışdı
Eye

Rusiya lideri Vladimir Putinlə görüş zamanı ondan təbii qaz tədarükü ilə bağlı yeni müqavilə bağlanmasını xahiş etdim.

Bakupost.az xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandr Vuçiç görüşdən sonra bildirib.

"Bizə əhəmiyyətli dərəcədə qaz lazımdır. Biz Azərbaycandan daha az, lakin bizim üçün vacib olan həcmdə təbii qaz alırıq, amma idxalımızın böyük hissəsi Rusiyanın payına düşür... Elektrik enerjisi ən az olduğu zaman, əlavə qaz həcmləri ilə qaz istilik elektrik stansiyalarında əlavə elektrik enerjisi istehsal edə bilərik. Bunun üçün bizə tədarüklərin çevikliyi lazımdır, mən bunu Prezident Putindən xahiş etdim, münasib qiymət və böyük həcmlər istədim. Bu bizim üçün üç əsas məsələdir", - Vuçiç bildirib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar