Moskva yaxınlığında yerləşən “Krokus Siti Holl” konsert zalında baş verən qanlı terror aktı zamanı qəhrəmancasına həlak olan azərbaycanlı Vüqar Hüseynov Rusiya Prezidenti Vladimir Putin tərəfindən ölümündən sonra “İgidlik” ordeni ilə təltif edilib.
Bakupost.az xəbər verir ki, Hüseynov hadisə zamanı ətrafındakı qadınların həyatını xilas etmək üçün canını fəda edib. O, terrorçuların atəşinə tuş gələrək başqalarının təhlükəsizliyini təmin etməyə çalışıb.
Bu fədakarlığı ilə Vüqar Hüseynov cəmiyyətə nümunə olan bir qəhrəmanlıq göstərib.