Ru
21:44 / 18 Sentyabr 2021

Vüqar Qurbanov onu xəstəxanaya direktor təyin etdi

Vüqar Qurbanov onu xəstəxanaya direktor təyin etdi
Eye

Səhiyyə Nazirliyinin Baş nefroloqu, Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinin direktoru təyin edilib.

Bakupost.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İdarə heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov müvafiq əmr imzalayıb. Bu barədə məlumat sosial şəbəkədə yayılıb. Paylaşımda F.Babayevin tələbələri onu təbrik edib.

Əmrin icrası ilə bağlı digər məsələlərin həlli “Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası” publik hüquqi şəxsinə tapşırılıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar