Ru
16:11 / 18 Yanvar 2024

"Vüqar Qurbanov təcili yardımı çökdürüb..." - Sabiq baş həkimdən şok ittihamlar

97466
Xəbər verdiyimiz kimi, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının sabiq baş həkimi Rauf Nağıyev Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyini (TƏBİB) məhkəməyə verib.


Səbəb isə R.Nağıyevin 2023-cü ilin dekabr ayında TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun əmri ilə işdən çıxarılmasıdır. Bakı İnzibati Məhkəməsinə müraciət edən​ Rauf Nağıyev işə bərpa edilməsini tələb edir.

Məsələ ilə bağlı Bakupost.az -a danışan Rauf Nağıyev sensasion açıqlamalr verib. O bildirib ki,​ bir neçə dəfə TƏBİB-ə təcili yardımla bağlı problemlərin həll edilməsi üçün təkliflər verib. Həmin təklifləri nəzərə almaq əvəzinə, onun özünü vəzifədən uzaqlaşdırıblar:

"Bakıda əhalinin sayı artıb. Təbii olaraq, Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən çağırışların da sayı artıb. Poliklinikalar düzgün işləmir, xəstəxanalar bərbad vəziyyətdədir. Bunları gücləndirmək lazımdır ki, bütün güc təcili yardıma düşməsin. Bütün bu çətinliklərə baxmayaraq, mən neçə vaxtdır ki, 140 briqada ilə bu qədər çətin işin öhdəsindən gəlirdim. Hətta pandemiya vaxtı da işimin öhdəsindən məharətlə gəldim. İkinci Qarabağ müharibəsi zamanı 38 briqadanı cəbhəyə göndərdilər. Orada da hər kəs bu briqadanın işindən danışdı. Mənim briqadama əsgərlər əl çalıblar ki, həkimlər gəliblər. Onların cəbhə bölgəsində yaralı əsgərlərə vaxtında tibbi yardımın göstərilməsində müstəsna xidmətləri var. Mən Əməkdar həkim, səhiyyə əlaçısı, Müdafiə Nazirliyinin təşəkkürnaməsini alan, Vətənə layiqincə xidmət edən həkiməm. Bütün bunlara baxmayaraq, bir aydır ki,​ məni Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasındakı işimdən uzaqlaşdırıblar. Mənim əməyim niyə qiymətləndirilmədi? Bunlar nə edib, nə yaradıblar? Avtobazanı? 103-lə 113-ü birləşdiriblər, çabalıyırlar, hələ də bir iş görə bilməyiblər".





R.Nağıyev qeyd edib ki, o, işdən uzaqlaşdırdığı müddət ərzində təcili yardımın işi çöküb:

"Bir-iki aya əhali bunun nəticəsini görəcək. Tədricən təcili yardımın işi tamam çökəcək. Çünki texniki bazası yoxdur, köhnə bazanın üstündə işləyir. Artıq orada zəncir qırılıb. Hər kəs işə müdaxilə edir. İş qalıb qıraqda, bunlar çək-çevirlə məşğuldurlar. Təsərrüfat işi ilə məşğul olmaq işin təşkili deyil. İşin təşkili briqadaların sayının artırılması və əhaliəyə vaxtında keyfiyyətli xidmətin göstərilməsidir. Dəfələrlə təkliflər yazıb təqdim etmişəm ki, hansı tədbirlər görülməlidir. Ancaq qəbul olunmayıb. Nə deyirdim, cavab bu olurdu ki, olacaq, eləyəcəyik. Axı bununla iş getmir. Bir gün orada hansısa qəza baş versə, necə olacaq, vəziyyətdən necə çıxacaqlar?”

Sabiq baş həkim deyir ki, o, heç bir əsas olmadan vəzifəsindən uzaqlaşdırılıb:

“Mənin 63 yaşım var. 70 yaşına kimi işləyə bilərdim. Amma məni "əmək müqaviləsinin müddəti bitib" bəhanəsi ilə işdən uzaqlaşdırdılar. Ayın 14-ü işimə xitam verib, 15-i ünvanıma göndəriblər, 20-­si də məktub mənə çatıb. Bildiriblər ki, gəlib əmək kitabçamı götürüm. Əmək Məcəlləsinə görə, mən hələ fəaliyyətimi davam etdirməliydim. Əgər müqavilənin müddəti bitmişdisə və mən işdən azad olunacaqdımsa, iki ay öncədən mənə məlumat verilməliydi. İkincisi, mənə işdən azad olunmağımın səbəbi deyilməli idi. Əsas göstərilməliydi ki, məni hansı səbəbdən işdən azad ediblər. Əmək müqaviləsinin müddətinin uzadılmamasının səbəbi də deyilməli idi. ​ Mənim kifayət qədər iş stajım var. Hansı əsasla mənə iş stajı müddəti qoyulur? Onların mənə müddət qoymağa heç bir ixtiyarları yoxdur axı. 2015-ci ildən mən bu işdə çalışıram. Nə olsun ki, müəssisənin tabeçiliyi dəyişdirilib. Axı o həmin müəssisədir, mən həmin işdə və həmin işçilərlə çalışıram. Onların etdikləri qanunsuzluqdur, məmur özbaşınalığıdır. Qanunları bilmirlər. Müəssisəni Müşahidə Şurasının qərarı ilə birləşdiriblər. Bütün bunlar Baş nazirin müvafiq əmri, Ədliyyə Nazirliyi və Maliyyə Nazirliyinin razılığı ilə həyata keçirilməlidir. Belə-belə insanları məhv edirlər. Həkimi işə götürür, müddət qoyrlar, istədiklərinə iş verir, istədiklərini çıxarırlar. Mən hazırda işsizəm”.




Rauf Nağıyevin dediyinə görə, ölkənin pandemiyadan çıxmasında Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının böyük xidmətləri olub:


“Pandemiya vaxtı qapıları bağlayırdılar, xəstələri götürmürdülər. Amma biz həmin dövürdə əhalini vəziyyətdən çıxarmaq üçün rayonlardan xəstə daşıyırdıq. O dövrdə xəstəxanalardan nələr baş verdi, kimlər tutuldu, hamınız gördük, amma bizim heç bir qüsurumuz olmadı. Saatlara xəstə qalırdı maşında, oksigen balonları daşıyırdım ki, xəstələr boğulmasın. Hələ o zaman min problem yaradırdılar. Azərbaycan dövlətinin qanunları qalıb kənarda, bunlar öz “qanunları” ilə işləyirlər. Əgər ​ TƏBİB­in icraçı direktoru Vüqar Qurbanov öz işini qiymətləndirsəydi, mənim işimə toxunmazdı”.

Rauf Nağıyev qeyd edib ki, o, illər öncə 20 Yanvar hadisələri,​ 1994-cü il martın 19-u və iyulun 3-də Bakı metropolitenində baş verən partlayış, Binəqədi rayonu ərazisində binanın yanması, Birinci və İkinci Qarabağ müharibələri zamanı xidmət göstərib:


“Hətta bir neçə dəfə Prezident öz çıxışlarında təcili yardımın işindən, səmərəli fəaliyyətindən danışıb. Bizim briqada ölkədə təşkil olunan mötəbər yarışlar, olimpiadalar, tədbirlər zamanı səmərəli fəaliyyət göstərib. O vaxt mən Bakı Baş Səhiyyə İdarəsində müavin işləyəndə nazir məni çağırıb dedi ki, ölkədə olimpiada keçiriləcək, təcili yardım pis vəziyyətdədir. Get oranı toparla, biabır olmayaq. Mən cəmi bir aya təcili yardımı qaydasına saldım. Bir aya mən orada az qala hərbi qayda-qanun yaratdım. O boyda işlərin öhdəsindən gəldim. Əgər işim, fəaliyyətim pis idisə, niyə o vaxt TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov yeni təyin olunanda məni işdən çıxarmadı. Üstündən bu qədər müddət keçdikdən sonra çıxardı. Mən bu adamı əvvəldən tanıyırdım. Kiminsə kimdən xoşu gəlmir, dostudur, dostu deyil, şəxsən bəyənmir, müsbət və ya mənfi tərəfə fikirləri var, bu, şəxsi məsələlərdir. Şəxsi məsələləri işə qatmaq düzgün deyil. Şəxsi münasibətlər başqa, iş münasibətləri başqadır. Bunları bir-birinə qatmaq olmaz. Mənim də çox adamla dostluğum var, çox adamla gərginliyim olub. O başqa məsələdir, onun işə dəxli yoxdur. İşdə qanunlar, Əmək Məcəlləsi işləməlidir, şəxsi maraqlar yox. Ancaq bunlar özbaşına işlər görürlər. Ona görə də haqqımı məhkəmə qaydasında müdafiə edəcəyəm”.

Sevinc
BakuPost ​ ​
Şərhlər
  • Adil Əfəndiyev

    Mənim Rauf müəllim haqqında şərhim əlavə olunmadır. Təkrarərn bildirirəm ki, Rauf müəllim çox savadlı həkin və peşəkar təşkilatçıdır. İnanıram ki, Rauf Nağıyevə qarşı edilmiş haqsızlıq qısa müddət ərzində aradan qaldırılacaq.

  • Adil Əfəndiyev

    Rauf müəllim çox savadlı həkim və bacarıqlı rəhbərdir. İnanıram ki, ona qarşı edilmiş haqsızlıq qısa müddət ərzində aradan qaldırılacaq.

  • Kərimov H

    R.Nagiyev tecılı yardımı oğru qanunları ile idare edirdi kimleri ise sindirmaqla kimleri ise isden qovmaqla hedeleyirdi.ozunden yuxarıların qabağında eyilen Nağıyev ləyaqətli insanları otağından poshol deyib qovurdu.gorunur onun neslindeki qadınları lazım olan yere paslat ediblər.nece ki TƏBİB gözəl addım ataraq Nağıyevi lazımsız şey kimi atdi bayıra tecılı yardimdan

  • Abasov

    Dejirki muharibə vaxti həkimlər orda dojuşənlərə koməklik ediblər bəs sənin oglun nə ugun Vətəni gorumagdan imtina edib 3 evin var basgalarin adina halal pulla almisan 30ildir səni taniyiram Bir dəfə TTYS səni govdular təzədən gayitdin Qanimizi igməyə

  • Anonim Anonimous

    Sabiq baş hekim Rauf Nağıyev BakuPost'a verdiyi bu müsahibəsindəki kimi rəhbər olmayıb. Üzdə hümanist insan kimi danışır, ancaq elə deyil. Özü qanun qaydadan, Qanunvericilikdən danışır, Əmək Məcəlləsindən danışır ancaq ən böyük haqsızlıq və qanun pozuntusu özü edirdi. Dermanlar tam tərkibdə verilmirdi, hətta elə vaxtlar olurdu ki, ümumiyyətlə dərman təminatı olmurdu, həkimlər öz hesabına təcili tibbi yardım çantasını derman preparatları ilə doldurdular. Təcili tibbi yardım işçilərinə İl ərzində 2 dəfə (yay və qış) üniformaları verilmeli olduğu halda verilmirdi, ambulans sürücülərinin dediklerine göre ambulans maşınlarının texniki nasazlıqları onların öz hesabına düzəlirdi. Həmçinin həkimlərin dediyinə görə hər həkimdən 50-100 AZN aylıq haqq alırmış.

  • Hesenov Sohrab

    Tamilə doğru deyir Rauf Nağıyev təciliyardımın müstəsna xidmətləri var. Bütün kollektiv ayağa qalxıb baş həkimi müdafiə etməlidilər.

  • 0552277012 insaf

    Rauf muellim evezolunmaz kadirdi. Biz kadirlarimizi qiymet vermek ve onlardan öyrenmek evezine cebbe bölgesinde ve s. gördūyi işlere qiymet vermek evezine onu pensiyaya göndermek ayibdir...Men özum göz sahidi olmusam saat nece olub bilmeyib her bir xesteni calişib ki, xilas etsin...cox danisib faktlarla gösterib deye bilerem

  • Arif

    Çox dəhşətli vəziyyət yaranıb. Kim təşkilatın rəhbəri isə işçilərə qul kimi baxır , istədiyi kimi rəftar edir, istədiyi zaman işdən çıxara bilir və bunun üçün yüz bəhanə səbəb tapır. Elə bil bu dövlət təşkilatı deyil şəxsi biznesdir. İşçilərin haqlarının tamami ilə ləğv olunduğu bir zəmanədə yaşayırıq. Hər şey rüşvət, qohumbazlıq, yerlibazlıq... Təmiz dürüst vicdanlı insanların məhv edilməsinə yönəlib hər edilən yenilik...

  • Xanlar Vahabzadə.

    Təbib Azərbaycan səhiyyəsinin bərbad hala hala salıb.İcbari sığorta demək olar işləmir.Bu yaxınlarda əməliyyat olunduğum Respublika Diaqnostika Mərkəzində bütün xidmətlər ödənişlidir.Hər dəfə qan analizləri,rentgen müayinəsi və digər müayinələri keçmək üçün ödəniş etmək tələb olunur.

  • İradə Əliyeva

    Rauf Nağıyev doğrudan çox bacarıqlı,savadlı,işini bilən mütəxəsisdir.Mən təklif edirəm TƏBİB-i bazara çevirən vüqarin yerinə Rauf Nağiyevi təyin etsinlər.

  • Gulbəniz

    Heç kim evin içini bilmir kənardan hər şey yaxşı görünə bilər amma atalar misalı var üstü bəzək altı təzək bu illər ərzində bir par a çörək üçün haqqını tələb etməyən işçilərin indi üzü gülür bunnan danışaq indi hamısı haqqını tələb. Etmək üçün yeni yaradılan quruma üz tutur.bu vaxta qədər niyə tələb etmirdilər çünki əks direktor buna imkan vermirdi gəlin tələsməyək sonda hər şey bilinəcək tələsik rəy vermək lazım deyil bir ailədə düzən qurmaq üçün iki ailə başçısı bəzən öhdəsindən gələ bilmir dağılmış bir işin düzenini qurmaq üçün də birdən birə heç nə olmayacaq inşallah Respublika Təcili Təxirəsalınmaz Tibbi Mərkəz bunun öhdəsindən gələcək çünki Nağıyevin dediyi 113 də xalq üçün az fədakarlıq etməyib 103 goturə bilmədiyi xəstələri 113 un səriştəli reanimatoloqlari Elşən dr Araz dr və şairlər götürüb vaxtında çatdırıb lazımi yerə hər şey çatanda sübut olunacaq necə ki ərazi bütövlüyümüzü 30 il sonra bərpa olundu əsas son nəticədir.hər kəsə uğurlar

  • Esmira Quluzadə

    Təcili yardım cağırdıq,bir saatdan çox gözlədik,dəfələrlə zəng etdik.Maşın yoxdur dedilər.Təcili yardım gəlib çatanda iş yoldaşimız artıq ölmüşdür.Budur təcili yardım,?

  • Musayev Eldəniz.

    Dəyişib inkişaf etmək lazımdır! Düşünürəm ki, yenilik xalqın xeyrinə olar. TƏBİB yəqin ki, işdə olan nöqsanları nəzərə alaraq bu addımı atıb! Yəqin ki, fərqi hiss edəcəyik.

  • Sevil

    Özbaşınağı bax, ver məhkəməyə doktor, lazım gəlsə beynəlxalq məhkəməyə ver, haqqını tələb et

  • İlqar

    TƏBİB əvvəl tibb sistemindəki qaydaları birdən birə ləğv edib, güya yenilik gətirmək istəyir ancaq yeni də heç bir şey yarada bilmirlər. Poliklinikalarda xəstələrin izlənməsi üçün gündə bir forma tətbiq edir, bir müddətdən sonra tətbiq etdikləri formanın işə yaramadığını görüb yeni forma yayımlayırlar. Bununla da poliklinikalarda həkimlərin həkimliklə məşgul olmalarını bilavasitə əngəlləyir həkimi dəftərxana işçisi kimi çalışmağa məcbur edirlər. TƏBİB tərəfindən yeni yayımlanmış foruma əvvəlki forumdakı məlumatların ən qısa müddətdə yəni bir neçə gün ərzində köçürülməsini Şəkidən dostluq hesabına Bakıda böyük bir poliklinikaya baş həkim gətirilmiş Qabil kimi biri iş həcminə əhəmiyyət vermədən isçiləri gec saatlara qədər qalmaq hətta istirahət günü olsa belə işə gəlib TƏBİB -in tələblərini icra etməyə məcbur edir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər