Ru
11:00 / 24 Aprel 2026

Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə şikayət edildi - FOTO

Vüsalə Əlizadə vətəndaşı təhqir edib? – Aparıcıdan polisə  şikayət edildi - FOTO
Eye

Aparıcı Vüsalə Əlizadənin vətəndaşı təhqir etdiyi iddia olunur.

Bakupost.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə “Hüquqşünaslar” qrupunda paylaşım edilib.

Paylaşım sahibi bildirib ki, aparıcı ona və ailə üzvlərinə təhqiramiz mesajlar göndərib. O, iddialarını əsaslandırmaq üçün yazışmaların görüntülərini də yayıb.

Vətəndaş qeyd edib ki, məsələ ilə bağlı artıq 102 xidmətinə məlumat verib:

“Tanınmış aparıcı Vüsalə Əlizadə tərəfindən mən və ailə üzvlərim təhqir olunmuşuq. Bildirirəm ki, təhqirə səbəb olacaq heç bir hərəkətə yol verməmişəm. Məsələ ilə bağlı dərhal 102-yə məlumat vermişəm. Təhqir olunmağımla bağlı məhkəməyə də müraciət edə bilərəm?”.

Yasəmən, BakuPost





Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar