Ru
22:14 / 19 Avqust 2025

Xaçaturyan və Pezeşkian görüşdü: Kommunikasiyaların açılması...

Xaçaturyan və Pezeşkian görüşdü: Kommunikasiyaların açılması...
Eye

Ermənistan prezidenti Vaaqn Xaçaturyan İrəvanda rəsmi səfərdə olan iranlı həmkarı Məsud Pezeşkian ilə iqamətgahında görüşüb.

Bakupost.az xəbər verir ki, bu barədə Ermənistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tərəflər regional gündəlikdəki məsələləri, o cümlədən kommunikasiyaların açılmasını müzakirə ediblər. Xaçaturyan ümidvar olduğunu bildirib ki, İran liderinin səfəri Ermənistan-İran münasibətlərinin daha da möhkəmlənməsi üçün stimul olacaq, regionda sülh və sabitliyin bərqərar olmasına töhfə verəcək.

Dövlət başçıları regiondakı geosiyasi vəziyyətə və kommunikasiyaların açılması məsələsinin müzakirəsinə xüsusi diqqət yetiriblər.

“Tərəflər vurğuladılar ki, sabit və uzunmüddətli sülhün bərqərar olması, eləcə də suverenlik, ərazi bütövlüyü və müstəqillik prinsipləri əsasında ticarət yollarının formalaşdırılması bütün regionun maraqlarına cavab verir”, - deyə məlumatda bildirilib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar