Ru
20:40 / 22 Noyabr 2025

"Xalq artisti olmağa layiqəm" - Samir Bağırov

"Xalq artisti olmağa layiqəm" - Samir Bağırov
Eye

Səhnəyə yenidən qayıdan müğənni Samir Bağırov jurnalist Elvin Elxana açıqlaması ilə gündəmə gəlib.

Bakupost.az Milli.az-a istinadla xəbər verir ki, sənətçi özünün "Xalq artisti" fəxri adını daşımağa layiq olduğunu bildirib.

Samir Bağırov bu məsələ ilə bağlı fikirlərində deyib:

"Mən zəif insan deyiləm. Ad vermək sürpriz olmalıdır, çağırıb deməlidirlər. Bir dəfə mənə dedilər ki, gəlin ad məsələsi barədə danışaq. Niyə? Mən buna layiqəmsə, bu, danışıqlarla yox, öz axarı ilə olmalıdır."

Müğənni həmçinin hazırda fəxri ada xüsusi bir gözləntisi olmadığını vurğulayıb:

"Mən bu an Xalq artisti adını gözləmirəm. Hər şey öz zamanı gələndə yerini tapacaq".

Sənətçinin bu fikirləri sosial mediada geniş müzakirə olunub.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar