İran Prezidenti Məsud Pezeşkianın istefa verə biləcəyi ilə bağlı yayılan iddialar doğru deyil.
Bakupost.az xəbər verir ki, bu barədə İranın vitse-prezidenti Məhəmməd Cəfər Qaimpənah bildirib.
“Bu şayiələr doğru deyil. Biz İranı sevirik və onun üçün çalışırıq. Təhqirlər eşidirik, amma geri çəkilmirik. İran bütün iranlılara aiddir və doktor Pezeşkian da buna görə dayanır. Bizə imtiyaz və ya vəzifə lazım deyil, hər şeyimizi İrana vermişik və yenə də verəcəyik. Çoxsaylı problemlərə baxmayaraq, bütün səyimiz xalq və hökumət tərəfdarlarının qarşısında utanc yaşamamaqdır”, - o bildirib.