Ru
17:06 / 26 May 2026

Xamenei cənazəsi ilə bağlı müəmma - İlahiyyatçıdan ilginc eyham

Xamenei cənazəsi ilə bağlı müəmma - İlahiyyatçıdan  ilginc eyham
Eye

Tehran İslami Təbliğat Koordinasiya Şurası İranın mərhum ali rəhbəri Əli Xameneinin dəfni ilə bağlı hələlik konkret qərar qəbul edilmədiyini bildirib. Gecikmənin təhlükəsizliklə bağlı olduğu deyilsə də, dində mövcud durumun necə qarşılandığı müzakirələrə səbəb olub.

Cənazənin bu qədər saxlanması dini baxımdan məqbuldurmu?

Bakupost.az xəbər verir ki, Globalinfo.az-a danışan ilahiyyatçı Azər Sani burada qəbahət yoxdur deyib.

“Əgər terror-təxribatın xarakterli hadisələrin baş verməsi ehtimalı varsa, dəfn mərasiminin təxirə salınması nəinki caiz və icazəlidir, hətta zəruri hesab oluna bilər. Çünki burada əsas məsələ cəmiyyətin təhlükəsizliyinin qorunmasıdır”.

A.Saninin sözlərinə görə, bəzən dəfn həyata keçirilsə belə, müəyyən müddət bunun ictimaiyyətə açıqlanmaması mümkündür:

“Məsələn, dəfn olunmasına baxmayaraq, təhlükəsizlik baxımından onun hələ dəfn edilmədiyi elan oluna bilər. Çünki insanların həyatı və təhlükəsizliyi hər şeydən öncə gəlir.

Dəfn dini və mənəvi baxımdan vacib sayılsa da, daha böyük təhlükənin, yəni mümkün qarşıdurma, iğtişaş və ya qırğının qarşısını almaq daha zəruridir. Bu səbəbdən belə hallarda dəfnin gecikdirilə bilər”.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar