Ru
20:20 / 23 Aprel 2026

Xamenei dağıntılardan çıxarılanda zikr edirdi - Vilayətmədar

Xamenei dağıntılardan çıxarılanda zikr edirdi - Vilayətmədar
Eye

Nəcəf, Qum və Məşhəd alimlərinin rəyinə və təhlükəsizlik rəsmilərinin qərarına əsasən, düşmənlərin ali rəhbər Müctəba Xameneiyə xüsusi yollar və Təl-Əviv kimi universitetlərdə müzakirə olunan qəribə elmlər vasitəsilə zərər verə bilməmələri üçün onun yeni fotoları və videoları hələlik yayımlanmayacaq.


Bakupost.az Teleqraf-a istinadla xəbər verir ki, bunu İran parlamentinin Milli Təhlükəsizlik Komitəsinin üzvü Salar Vilayətmədar deyib.

Deputat İranın yeni ali rəhbərinin səhhəti ilə bağlı suala cavabında bildirib:

“Hadisə yerində olan mühafizəçilərdən birinin komitəyə təqdim etdiyi məlumata görə, o, dağıntılar altından çıxarılanda zikr edirdi. Müalicə edən həkim də söyləyib ki, bədəni sağlamdır, heç bir sınıq yoxdur”.

Qeyd edək ki, "Nyu York Tayms" nəşri iranlı rəsmilərin M.Xamenei ilə təmasdan "İsrailin izləyib ali rəhbərə zərər vermək ehtimalına görə" yayındıqları haqda məlumat yayıb.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar