İsrail Baş naziri Benyamin Netanyahu İranın Ali rəhbəri Əli Xameneinin məhv edilməsi hədəfini 2025-ci ilin noyabrında qoymuşdu.
Bakupost.az xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“Noyabr ayında baş nazirlə məhdud çərçivədə görüşdük. Həmin görüşdə o, Xameneini məhv etmək hədəfini qoydu”, - o bildirib.
İsrael Kats bundan əvvəl bəyan etmişdi ki, İrana qarşı hərbi əməliyyat 2026-cı ilin ortalarına planlaşdırılsa da, onu fevrala təxirə salmaq məcburiyyətində qalıblar.
2025ci ildən daha yüksək şiddətlə cərəyan edən Yaxın Şərq müharibə mərkəzindən mötəbər xəbər. İsrailin Müdafiə nazirinə *İranın Ali Rəhbərini məhv etmə* tapşırığını, Baş Nazirin azı dörd ay öncə-Noyabrda verdiyini və ehtimal ki, müdafiə yox, Xarici hərbi əməliyyatın 2026cı ilin ortasına hədəfləyiblərmiş? Qalan sülhsevər Siyasi-Hüquqi dünya aləmi nə edib, necə reaksiya verib? Əsasən Mühafizəkar Hüquqi-Siyasi dünya aləmi, təşkilatları hansı təhlil-mülahizəyə, mühakimə qərarına gəlirlər İranı da Ukrayna kimi məhv etməkmi?