Ru
11:38 / 11 Mart 2026

Xameneinin ölümünə sevinən 2 qardaş güllələndi - FOTO

Xameneinin ölümünə sevinən 2 qardaş güllələndi  - FOTO
Eye

İranın Kərəc vilayətinin Fərdis şəhərində Əli Xameneinin ölüm xəbərinə sevinən qardaşlar polis tərəfindən güllələnərək öldürülüblər.

Bakupost.az Unikal.az-a istinadən istinadən xəbər verir ki, Əhmədrza Feyzi və Əmirhüseyn Feyzi adlı 15 və 19 yaşlı iki qardaş ataları ilə birgə avtomobillə hərəkət edərkən polis onları atəşə tutub.


Atışma maşın dayandıqdan sonra da davam edib və nəticədə hər iki yeniyetmə həlak olub. Hər iki qardaşın məhkəmə-tibb ekspertiza rəyində ölüm səbəbi kimi güllə yarası göstərilib.


Məlum olub ki, Əli Xameneinin öldürülməsindən sonra, Fərdisdəki Beşinci Meydan izdihamlı olub və bütün maşınlar siqnal verib. Qardaşların atası Vəli də siqnal verib. Polis məmuru tıxacda onlara yaxınlaşaraq niyə sevindiklərini soruşub. V.Feyzi isə polisə sərt cavab verib və bunun 47 ildə etdiklərinin nəticəsi olduğunu bildirib.

Onlar dialoqu bitirdikdən sonra yenidən siqnal verməyə başlayıb. Polis buna cavab olaraq qəzəblənərək silahının qundağı ilə maşının şüşəsini sındırıb. Bu zaman polisin silahı ilişərək maşına düşüb. Ata məmurun uşaqları vuracağını düşünüb və onları təhlükədən xilas etmək üçün tez bir zamanda hərəkətə keçib. Eyni zamanda təhlükəsizlik qüvvələri maşına arxadan atəş açıb. Əhmədrza həmin an vurulub.

Güllə onun kürəyindən keçib ürəyinə dəyib. O, hadisə yerinə ölüb.

Təxminən iki-üç dəqiqə sonra Əmirhüseyn geri dönüb polisin onları hələ də təqib edib-etmədiyini görmək üçün geri baxır, bu zaman o da vurulur.

Ailə klinikaya çatanda mülki geyimli və silahlı SEPAH qüvvələri onlarla eyni anda içəri giriblər. Onlar qardaşların xala və əmilərini vəhşicəsinə döyüblər. Uşaqların cəsədlərinin və güllə yaralarının şəkillərini çəkdikləri üçün mobil telefonları da əllərindən alınaraq sındırılıb.

Atışma zamanı Vəli Feyzinin yanındakı digər iki sərnişin də həmin gecə Kəşfiyyat Nazirliyi tərəfindən saxlanılıb. Vəli isə Kəşfiyyat Nazirliyinin əməkdaşlarının əlinə düşməmək üçün qaçıb.

Təhlükəsizlik qüvvələri uşaqların cəsədlərini ailəyə təhvil verməyib. Ailə dəfn mərasimini keçirə bilmək üçün cəsədləri almağa çalışıb. Lakin anaya atanı təhvil verməsi qarşılığında cəsədlərin təhvil veriləcəyi deyilib.

Qadın prokurorluğun qarşısında yıxılaraq ağladıqdan sonra cəsədlər təhvil verilib.

Dəfn günü çox sayda mülki geyimli zabit iştirak edib və ailə cəsədləri görməyə icazə verilməyib.

Onlar yanvar etirazlarının və siyasi edamların qurbanlarının çoxunun dəfn olunduğu "Beheşt Əli" qəbiristanlığında dəfn ediliblər.




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar