Ru
17:58 / 18 Yanvar 2021

Xaricə turist səfərləri 5 dəfəyə yaxın azalıb - STATİSTİKA

Xaricə turist səfərləri 5 dəfəyə yaxın azalıb -  STATİSTİKA
Eye

2020-ci ildə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2019-cu illə müqayisədə 4,8 dəfə azalaraq 1 164,6 min nəfər olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, ölkə vətəndaşlarının 29,2 %-i İrana, 26,4 %-i Gürcüstana, 18,9 %-i Rusiyaya, 16,4 %-i Türkiyəyə, 9,1 %-i digər ölkələrə səfər edib. Gedənlərin 70,4 %-ni kişilər, 29,6 %-ni qadınlar təşkil edib. Bu dövrdə İrana gedən Azərbaycan vətəndaşlarının sayı 6 dəfə, Gürcüstana gedənlərin sayı 5,2 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı 4,5 dəfə, Türkiyəyə gedənlərin sayı isə 3,3 dəfə azalıb.

Ötən il xarici ölkələrə səfər etmiş ölkə vətəndaşlarının 73,2 %-i dəmir yolu və avtomobil, 23,8 %-i hava, 3 %-i isə dəniz nəqliyyatından istifadə edib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar