Qətərin “Əl-Sədd” klubunun baş məşqçisi olan ispaniyalı futbolçu  Xavi Ernandesin koronavirus testi pozitiv çıxıb. 
İspaniya millisinin və “Barselona”nın sabiq futbolçusu Xavi bunu sosial şəbəkə hesabından özü bildirib. 
"Bir neçə gün öncə COVİD-19 testim pozitiv çıxdı. Xoşbəxtəm ki, özümü yaxşı hiss edirəm. amma protokola uyğun olaraq karantində qalacağam".