Ru
10:30 / 23 Noyabr 2021

Xəzərdə narkotik tapıldı - FOTO

Xəzərdə narkotik tapıldı -  FOTO
Eye

Azərbaycanın dəniz sərhədlərinin еtibаrlı mühаfizəsinin təmin edilməsi, Хəzər dənizində rеjim qаydаlаrınа nəzаrətin gücləndirilməsi, qaçaqmalçılığa qarşı mübarizə və xilasetmə təd­birləri davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Bakupost.az -a verilən məlumata görə, noyabrın 20-də saat 12:05 radələrində Dövlət Sərhəd Xidməti Sahil Mühafizəsinin Xəzər dənizinin cənub istiqamətində dövlət sərhədinin mühafi­zəsini həyata keçirən sərhəd gözətçi gəmisi tərəfindən ərazinin müşahidəsi zamanı su səthində 1 ədəd şübhəli bağlama aşkarlanıb.

Bağlamaya baxış zamanı ümumi çəkisi 4 kq 365 qram narkotik vasitəyə bənzər maddə aşkar olunaraq götürülüb, faktla bağlı əməliyyat-istintaq tədbirlərinə başlanılıb.

Xəzərdə narkotik tapıldı -  FOTO
Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar