Ru
16:38 / 26 May 2026

Bakı və Xırdalana dolu yağır - VİDEO

Bakı və Xırdalana dolu yağır - VİDEO
Eye

Bakıda və Abşeron yarımadasına düşən dolunun diametri 4 mm-dək qeydə alınıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 16:00-a olan məlumatında qeyd olunub.

Bildirilib ki, hazırda Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində yağışın intensivliyi tədricən zəifləyib, yaxın saatlarda kəsiləcəyi gözlənilir.

Qeyd edək ki, ölkə ərazisinin bir sıra yerlərində intensiv xarakterli qısamüddətli yağış yağıb, bəzi ərazilərə dolu düşüb.

***
Hazırda Bakı şəhərində xırda dənəli dolu qeydə alınır.

***
Xırdalanda leysanla yanaşı dolu da müşahidə olunur.

Bakupost.az-a göndərilən videoda şəhərə xırda dənəli dolunun düşdüyü əks olunub.

Sözügedən görüntüləri təqdim edirik:

Lalə,
BakuPost




Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar