Ru
19:25 / 04 Noyabr 2025

Zirzəmiləri mənzilə kim çevirir? - Bıçaqlanan idmançıyla bağlı yeni qalmaqal + VİDEO

Zirzəmiləri mənzilə kim çevirir? - Bıçaqlanan idmançıyla bağlı yeni qalmaqal + VİDEO
Eye

Abşeron rayonu, Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsi, 38 ünvanında yaşayan sakinlər binanı tikən şirkətdən şikayətçidirlər.


Bakupost.az xəbər verir ki, sakinlər mənzilləri üçün 5 ildir çıxarış ala bilmədiklərini, indi isə MMC-nin sahibi Araz Musayevin binanın zirzəmisində yeni mənzillər tikmək qərarına gəldiyini iddia edirlər.

Sakinlər bildirir ki, zirzəmilərin mənzilə çevrilməsi binanı qəzalı vəziyyətə gətirməklə yanaşı, uzun müddətdir yaşayış olan mənzillərə çıxarış verilməsini də mümkünsüzləşdirəcək.

Daha ətraflı video-materialda:

Qeyd edək ki, sözügedən binanı tikən şəxs bu ilin may ayında Türkiyədə keçirilən yarış zamanı bıçaqlanmış, özünü Azərbaycan Muay Tay Federasiyasının prezidenti və 9 qat dünya çempionu kimi təqdim edən Araz Musayevdir.


Asena,

BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar