Bir neçə gün öncə yağan yağışın suları bu küçədən hələ də çəkilməyib...
Bakupost.az Xezerxeber.az-a istinadən xəbər verir ki, yığılan sular minik avtomobillərinin içərisinə dolduğundan son günlər bu yoldan yalnız böyük nəqliyyat vasitələri keçib gedə bilir.
Sürücülərin sözlərin görə, yağış kəssə də, yolda acınacaqlı vəziyyət bir neçə gündür davam edir:
Yağış sularının yaratdığı bu vəziyyətdən yoldan mütəmadi istifadə edən marşrut avtobusu sürücüləri də narazıdırlar.
İri şəhərlərin birləşmiş su təchizatı xidmətindən bildirildi ki, qeyd olunan ərazidə xidmətin mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Qeyd olunan ünvanda qurumun sifarişi ilə təchizatın qurulması məqsədilə müvafiq layihə sənədləri hazırlanıb. Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır. Sözügedən ünvanda da işlərin aparılması nəzərdə tutulur.
Bakupost.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.