İraq Kürdüstan Regional Hökumətinin Ərbil şəhərindəki yanacaqdoldurma məntəqəsində güclü partlayış baş verib.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə mediası görüntülər paylaşıb.
Hadisə nəticəsində 7 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağır qiymətləndirilir.
Partlayışın təsirindən ətrafdakı evlərə də ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır.