Ru
15:39 / 10 Sentyabr 2021

YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin edildi - ADLAR

YAP-ın rayon təşkilatlarına yeni sədrlər təyin edildi - ADLAR
Eye

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin bu gün keçirilən iclasında partiyanın rayon təşkilatlarına yeni sədrlərin təyin olunması məsələsi müzakirə edilib.

Bakupost.az xəbər verir ki, məsələ ətrafında İdarə Heyətinin üzvləri çıxış ediblər.

Sonra rayon təşkilatlarının sədrlərinin təyin olunması ilə bağlı qərar qəbul edilib.

Qərara əsasən, YAP-ın Səbail rayon təşkilatının sədrliyinə Nağıyev Muxtar Teymur oğlu, Nəsimi rayon təşkilatının sədrliyinə Süleymanov Azər Abdul oğlu, Yasamal rayon təşkilatının sədrliyinə Nəbiyev Bəxtiyar Eyvaz oğlu, Nərimanov rayon təşkilatının sədrliyinə Vəliyev Samir Əhməd oğlu, Xətai rayon təşkilatının sədrliyinə Rəhimzadə Vüqar Gəncəli oğlu, Nizami rayon təşkilatının sədrliyinə Vəlibəyov Ramil Vaqif oğlu, Binəqədi rayon təşkilatının sədrliyinə İsmayılov Vüsar Qəşəm oğlu, Sabunçu rayon təşkilatının sədrliyinə Vəliyev Misirxan İzzət oğlu, Suraxanı rayon təşkilatının sədrliyinə Seyidov Vüqar Səməndər oğlu, Xəzər rayon təşkilatının sədrliyinə Əhmədov Namiq Məcid oğlu, Qaradağ rayon təşkilatının sədrliyinə Əliyev Qafar Məmməd oğlu, Pirallahı rayon təşkilatının sədrliyinə Abasov Emil Tofiq oğlu təsdiqlənib.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar