Yaponiyada ardıcıl zəlzələlər qeydə alınıb.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyinin (YMA) məlumatına görə, ölkənin qərbindəki Şimane və Tottori əyalətlərində təkanlar baş verib. İlk və ən güclü təkan yerli vaxtla saat 10:18-də (Bakı vaxtilə 05:18-də) 6,2 bal gücündə olub.
Zəlzələnin episentrinin Şimane əyalətinin şərq hissəsi olduğu bildirilib və silkələnmə əyalət boyunca geniş bir sahədə hiss olunub. Yerin 10 kilometr dərinliyində baş verən bu zəlzələ nəticəsində yaralanan dörd nəfər xəstəxanaya yerləşdirilib. Bəzi binalar zədələnib.
YMA sunami təhlükəsinin olmadığını açıqlayıb. Agentlik həmçinin Şimane və Tottori əyalətlərində bir həftə boyunca 5 bal və daha böyük zəlzələlərin ola biləcəyinə dair xəbərdarlıq yayıb.
Hadisə səbəbindən Şinkansendə yüksək sürətli qatar xətlərində gecikmələr və fasilələr yaşanıb.
Yaponiyanın Nüvə Tənzimləmə Agentliyi Şimane və ətraf nüvə obyektlərində heç bir anormallığın olmadığını açıqlayıb.
Cavid, BakuPost