Ru
17:19 / 14 Noyabr 2025

Yaponiyada ayı kabusu – 8 ayda 13 ölü, 100-dən çox yaralı

Yaponiyada ayı kabusu – 8 ayda 13 ölü, 100-dən çox yaralı
Eye

Yaponiyanın şimalında ayıların insanlara hücumları ciddi narahatlıq yaradır. Dağlıq və meşəlik ərazilərdə yaşayan ayılar demək olar ki, hər gün kənd və şəhərlərə enir. Nəticədə bu ilin aprel ayından bəri 13 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, sakinlərdən biri iki il əvvəl qarajının önündə ayının hücumuna məruz qaldığını deyib: “Üzümü dişlədi. Öləcəyimi sandım. Ayının əlindən xilas olaraq evimdə gizləndim”, – deyib.

İvate vilayətində 67 yaşlı bir kişi evinin qarşısında ölü tapılıb. Cəsədində dişləmə və cızılma izləri olub. Eyni bölgədə bir hovuz işçisinin də meşəlik ərazidə meyiti tapılıb.

Çoxalan hücumlar Yaponiya hökumətini hərəkətə gətirib. Polisə ayılara qarşı tüfənglə atəş açmaq icazəsi verilib. Bu qərarın elanı Akita və İvatedə sevinclə qarşılanıb.

Ayılar niyə insanlara hücum edir?

Ekspertlər hücumların əsas səbəbini artan populyasiyada görür. Son 30 ildə ölkə üzər boz ayıların sayı 12 minə, qara ayıların sayı isə 42 minə çatıb.

Ayılar əsasən meşə palamudu ilə qidalanır. Lakin bu il ağaclar daha az məhsul verib, nəticədə bəslənmə mənbəyi məhdudlaşıb. Mütəxəssislər bildirir ki, qida çatışmazlığı ayıları kənd və şəhərlərə yönıəldib. Xüsusən gənc ayılar insanlardan çəkinmir: “Əvvəllər ayılar insanlara bir dəfə pəncə vurub qaçarkən, indi on metrdən hücum edir”.

Yapon rəsmilər isə deyir ki, “Bəzi bölgələrdə ayı populyasiyası artıq dağlıq ərazilərə sığmır. Yaxın vaxtlarda qış yuxusuna getmələri qısa müddətli rahatlıq verəcək”.

Cavid, BakuPost


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar