Ru
13:27 / 12 Fevral 2026

Yasamal qəbiristanlığında ölülərin qızıl dişlərini oğurladı - Həbs olundu

Yasamal qəbiristanlığında ölülərin qızıl dişlərini oğurladı - Həbs olundu
Eye

Ölmüş şəxslərin qızıl dişlərini çıxaran şəxsə hökm oxunub.


Bakupost.az xəbər verir ki, Yasamal qəbiristanlığında fəhlə işləyən həmin şəxs meyitləri basdırmamışdan əvvəl qızıl dişlərini çıxarırmış.

Bu əməli bir neçə dəfə törədən həmin şəxs Yasamal Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 245-ci maddələri ilə mühakimə olunub. Ona 2 il müddətinə azadlığın məhdudlaşdırılıması cəzası təyin edilib.

Müttəhim məhkəmə zamanı özünü verilmiş ittiham üzrə təqsirli bilərək, əməlini maddi ehtiyacları ilə izah edib.

Bu cinayət işi üzrə iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş zərərin ümumi məbləği 1370 manatdır.

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar