Ru
11:23 / 12 İyul 2017

Yeni tədris ili nə vaxt başlayır? - Nazirlikdən açıqlama

Yeni tədris ili nə vaxt başlayır? -  Nazirlikdən açıqlama
Eye

Son vaxtlar sosial şəbəkələrdə dərs ilinin başlanma və bitmə tarixlərinin dəyişdirilməsi ilə bağlı valideynlər tərəfindən geniş müzakirələr aparılır. Müzakirələrə müəllimlərdən də qoşulanlar var.



Belə xəbərlər yayılıb ki, dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə qərar veriləcək.



Təhsil Nazirliyi orta məktəblərdə dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlara aydınlıq gətirib.

 

Nazirlikdən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ümumtəhsil məktəblərində dərslərin sentyabrın 1-də başlayıb mayın 25-də yekunlaşacağı barədə yayılan məlumatlar əsassızdır.

 

Bildirilib ki, Prezidentin "Azərbaycan Respublikasında "Bilik günü"nün təsis edilməsi və təhsil müəssisələrində iş rejiminin tənzimlənməsi haqqında” 21 avqust 2004-cü il tarixli 114 nömrəli Fərmanı ilə 15 sentyabr "Bilik günü” elan edilib və respublikanın bütün təhsil müəssisələrində dərslərin sentyabrın 15-dən başlanması müəyyən edilib.



Nazirlikdən həmçinin bildirilib ki, 1-14 iyun tarixləri yaz fəslinə təsadüf etdiyindən iyun ayında dərslərin keçilməsi hava şəraiti baxımından çətinlik törətmir.

Yəni dərslər sentyabrın 15-i başlayıb, iyunun 14-də bitəcək.

 

BakuPost

Şərhlər
  • Əliyeva Gülay

    Kollecler acilib

  • Fatime Rehimova

    Niye tehsil muessesinde ders yekunlawmamiw imtahan bawlayir Bu duzgun deyil Cunki imtahani veren wagird artiq hevesden duwur ve ders ilini bawa catdirmaq istemir hevessiz gedir derse

  • Səbinə Haviyeva

    Sentiyabrın 1 i açılmağı daha yaxşıdı

  • Miss Aslanova

    Я за 15е сентября. ✋???? Кому не терпится и хочется 1го сентября в школу езжайте в Россию пожалуйста. Каждый год с 1го сентября учитесь.???? К 1му сентября ничего не успеть. Многие ещё в отпуск не успели поехать и отдохнуть. Не у всех есть такая возможность. Так что 15е сентября начало учебного года самая идеальная дата. Кто-то говорит на воскресенье попадает. Можно с понедельника начать. Или же 13 или 14е сентября. :)

  • Rəhimə İbrahimova

    Məncə 1 başlasa yaxşıdır çünkü 15 i şənbə gününə düşür mənimlə kim razılaşır?

  • Hv

    11 illik bazada kolleclərdə dərs nəvaxt başlayacaq?

  • Həsənov Həsən

    Ayın 15 baslamağı əla oldu

  • Ayka

  • Murad

    15 i başdasa daha yaxşı olar

  • Günay

    15 başlasın nolar həm birazda olsa dincələrik bəsdir hamı deyirki biri 15 açılsın yaxşıdı

  • Əli Kazımov

    Salam kollecler ne vaxt açlır

  • Yegane Məmmədova

    1i başlasa daha gözəl olardı

  • Təhsil

    1 başlasa daha yaxşı olar.

  • Suqra

    1 sentyabr uyğundır

  • Nəriman

    Əgər dərslər sentyabrın 15i başlayıb iyunun 14ü qutarirsa imtahanlar niyə martda olur

Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar