Ru
11:45 / 01 Yanvar 2026

Yeni il gecəsi məşhur kurortda partlayış – Çoxsaylı ölü və yaralı var

Yeni il gecəsi məşhur kurortda partlayış – Çoxsaylı ölü və yaralı var
Eye

Yeni il gecəsi İsveçrənin məşhur “Alp ski” kurortunda yerləşən bir bardakı partlayış nəticəsində baş verən yanğında bir neçə nəfər həlak olub, çoxsaylı sayda yaralı var.

Bakupost.az yerli mediaya istinadən xəbər verir ki, yeni il gecəsi təxminən saat 01:30-da (yerli vaxtla) Crans-Montana kurortundakı “Le Constellation” adlı məşhur barda baş verib.

Polis və yerli səlahiyyətlilər bildirib ki, partlayış müəyyən olunmamış səbəbdən baş verib. Hadisə zamanı binada 100-dən çox insan Yeni il şənliyi keçirirdi.

Hadisə yerinə yanğınsöndürənlər, təcili tibbi yardım və helikopterlər cəlb edilib. Xilasedicilər yanğını söndürmək və yaralananlara ilkin tibbi yardım göstərməyə çalışır.

Rəsmi qurumlar partlayışın səbəbini müəyyənləşdirmək üçün araşdırmanı davam etdirir. İlk xəbərdarlıqdan sonra polis və xilasedicilər sahəni mühasirəyə alaraq həm hadisə səbəbini, həm də mümkün təhlükəsizlik pozuntularını araşdırırlar.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar