Ru
15:12 / 26 May 2026

"Yeni Klinika"nın keçmiş direktoruna yeni vəzifə verildi

"Yeni Klinika"nın keçmiş direktoruna yeni  vəzifə verildi
Eye

Sabunçu Tibb Mərkəzinə yeni direktor təyin edilib.

Bu barədə Bakupost.az -a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bu vəzifə Paşayev Cavid Nazim oğluna həvalə edilib.

C.Paşayev 2007-ci ildə Azərbaycan Tibb Universitetini (ATU) bitirib. 2007-2008-ci illərdə Kliniki Tibbi Mərkəzdə anesteziologiya-reanimasiya ixtisası üzrə internatura keçib. 2022-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb.

O, 2009-2010-cu illərdə Avrasiya Klinikasında həkim-anestezioloq-reanimatoloq, 2011-2014-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında həkim-anestezioloq-reanimatoloq, 2014-2021-ci illərdə ATU-nun Anesteziologiya-reanimasiya şöbəsinin müdiri, 2018-2021-ci illərdə ATU-nun Anesteziologiya və reanimasiya kafedrasının assistenti olub.

2021-2022-ci illərdə Bakı Sağlamlıq Mərkəzində baş həkimin müavini, Anesteziologiya və reanimasiya şöbəsinin müdiri, 2021-2024-cü illərdə Səhiyyə Nazirliyinin Doğuşa yardım komissiyasının üzvü, 2022-2023-cü illərdə Yeni Klinikada direktor vəzifəsini icra edən baş həkim, 2022-2023-cü illərdə TƏBİB-in Xidmətin keyfiyyətinin qiymətləndirilməsi və ölüm hallarının təhlili üzrə komissiyasının sədri, 2023-2024-cü illərdə isə ATU Tədris Cərrahiyyə Klinikasının direktoru kimi fəaliyyət göstərib.

Hazırkı təyinatına qədər isə “Elit-Central” Hospitalın baş həkimi vəzifəsində çalışıb.

C.Paşayev 2020-ci ildə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən Vətən Müharibəsi zamanı xidmətə görə Fəxri Fərmanla, 2021-ci ildə Səhiyyə Nazirliyi tərəfindən COVID-19 pandemiyası dövründə xidmətə görə “Səhiyyə əlaçısı” döş nişanı ilə təltif edilib. 20 elmi məqalənin müəllifidir.




Şərhlər
  • Adam

    Qısa müddətə vəzifədə olan nə iş görə bilər ki? 50 yerdə işləməyin nə anlamı var? Əgər yaxşı rəhbərdirsə, niyə bir yerdə davamlı işləməyib, pis rəhbərdirsə, Sabunçu kimi nəhəng xəstəxanaya niyə təyin olunur?

Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar