Ru
16:40 / 25 Avqust 2025

Yerə böyük təhlükə YAXINLAŞIR - Məhv ola bilərik...

Yerə böyük təhlükə YAXINLAŞIR - Məhv ola bilərik...
Eye

2029-cu ildə "Apofis" asteroidinin Yerlə toqquşma riski ilə bağlı son məlumatlar açıqlanıb.

Bakupost.az xəbər verir ki, əvvəlki hesablamalara görə, asteroid Yerlə toqquşmalı idi, lakin yeni məlumatlar göstərir ki, Apofis Yerin yanından, 32 min kilometr məsafədən keçəcək və ən yüksək orbitdə olan süni peyklərə toxunacaq.

Alimlər artıq asteroidin öyrənilməsi yollarını araşdırır və hətta onun parçalanması üçün planlar da mövcuddur. Lakin bu addımın təhlükəsiz olub-olmaması müzakirə mövzusudur.

Bununla bağlı NASA 2028-ci ildə "Ramses" adlı aparatI kosmosa göndərməyi planlaşdırır. "Ramses" asteroidə yaxınlaşaraq bir neçə kiçik köməkçi peyk buraxacaq. Missiyanın detalları hələlik tam məlum deyil.

Layihə üçün maliyyə məsələsi problem olaraq qalır: lazım olan 10 milyon dolların yalnız 30 min dolları hazırdır.

Ayxan,
Bakupost

Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar